Harvard alimlərindən valideynlərə müraciət: “Uşaqlarınıza bu pisliyi etməyin” – İllərin səhvi
Mьəllif: admin1
Tarix: 24-12-2018, 10:30
Bцlmə: Xəbərlər
Harvard alimlərindən valideynlərə müraciət: “Uşaqlarınıza bu pisliyi etməyin” – İllərin səhvi
Harvard Universiteti Tibb Fakültəsinin tədqiqatçıları uşaqların sağlamlıqları ilə bağlı çox vacib araşdırma aparıblar.

Tədqiqatlara əsasən, məktəbə erkən yaşda başlayan uşaqların gələcəkdə səhhətləri ilə bağlı müəyyən təhlükə ilə üzləşmə ehtimalları var.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, məktəbə erkən yaşda gedən uşaqlarda diqqət çatışmazlığı sinifdəki digər şagirdlərə nisbətən 34 faiz çox olur. Diqqət pozuntusu və başqa psixoloji zədələrin müalicəsi də dərslərə erkən balayan uşaqlarda daha gec həyata keçir.

Harvard Tibb Fakültəsinin tədqiqatçısı Timoti Layton fikrincə, aparılan tədqiqatlar nəticəsində məktəbə erkən yaşda gedən uşaqlarda bəzilərində hətta yaddaş zəifliyi və diqqət çatışmazlığı kimi xəstəliklərin müalicəsi belə mümkünsüzdür.

Tədqiqatçı Anupam Jema isə məsələyə tamam başqa rakursdan yanaşır. Onun qənaətinə görə, uşaqlar böyüdükcə yaşları ilə əlaqədar aralarındakı kiçik fərqlər zaman keçdikcə aradan qalxır.

Lakin məktəb dövründəki ilkin davranış qaydaları 5-6 yaşlılarla, 7 yaşlıları bir-birindən kəskin fərqləndirir. Çünki insan bioloji, zehni və psixi inkişafının böyük hissəsini 7 yaşına qədər mənimsəmiş olur. Yəni, bu birillik aralıqda əslində, uşağın qavrayıb, mənimsəyəcəyi çox detallar var.

5-6 yaşlarında məktəbə başlayanlarda isə bu xüsusiyyətlərdən bəziləri hələ inkişaf etmədiyindən onlar ilk dərs günlərində çox böyük çətinliklərlə üz-üzə qalırlar.Çünki 7 yaşındakı uşaqlar üçün normal qəbul edilən hərəkətlər 6 yaşındakı uşaqda inkişaf etməmiş olur.

Tədqiqatçılar 2007-2009-cu illərdə doğulan 407.000-dən çox orta məktəb şagirdinin davranışlarını izlədikdən sonra bir çox qənaətlərə gəliblər. Tədqiqat zamanı üzə çıxan əsas çatışmazlıq isə təbii ki, diqqət və yaddaşla bağlı olub.

Məktəbə erkən yaşda başlayanların təhsil uğurlarına mane olacaq səbəblər içərisində aşırı həssaslıq və özünəqapanma da sezilib.

Tədqiqatçılar uzunmüddətli araşdırmaların yekun rəyindən sonra valideyn və müəllimlərə bu istiqamətdə xüsusi müraciət də hazırlayıblar.

Tövsiyə xarakterli müraciətə əsasən, sən demə, uşaqların məktəbə gec başlamaları hərtərəfli işə yarayır.

Məsələn, məlum olub ki, məktəbə bir il gec başlayan danimarkalı uşaqların özünüidarə bacarıqları başqalarına nisbətən daha yaxşı inkişaf edir. Məktəbə bir il gec başlamaq diqqətsizlik və hiperaktivliyi 70% faizə qədər azaldır.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031