ABŞ hələ də Suriyada hava hücumlarını davam etdirir
ABŞ rəhbərlik etdiyi beynəlxalq koalisiyanın keçən həftə Suriyada hava hücumlarına davam etdiyi açıqlanıb.
Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın verdiyi məlumata görə, keçən həftə bir sıra İŞİD hədəfinə hava hücumu təşkil olunub. Koalisiyanın bu gün (25 dekabr) verdiyi açıqlamasında, 16-22 dekabr tarixlərində keçirilən hava hücumlarının da daxil olduğu əməliyyatlarda İŞİD-in logistika obyektlərinin vurulduğu və yüzlərlə yaraqlının cəbhədən uzaqlaşdırıldığı bildirilib. Reuters-in xəbərinə görə, koalisiyanın komandir müavini olan britaniyalı general-mayor Kristofer Qika belə bir açıqlama ilə çıxış edib: “İŞİD regionun uzunmüddətli sabitliyinə real bir təhdid yaradır və missiyamız olduğu kimi davam edir”. Böyük Britaniya ABŞ-ın prezidenti Trampın İŞİD-in məğlub edildiyini bildirərək, Suriyadan geri çəkilməsi qərarına qarşı çıxmışdı. Oxşar xəbərlər
|