Türkiyədə məscidi yük maşına yükləyib ayrı bölgəyə apardılar -VİDEO
İslamazeri.com-un “Hurriyet Daily News”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin Batman əyalətində məscidin təxliyyəsi üzrə “xüsusi əməliyyat” keçirilib. Müsəlman məbədinin su altında qalmaması üçün, onun yerinin dəyişdirilməsi haqda qərar qəbul edilib.
Məlum olub ki, yaxın zamanda bu ərazidə çox güclü hidro-elektrik stansiyası istifadəyə veriləcək. Həmin stansiyanın tikintisi isə su anbarının yaradılmasını tələb edir. Nəticədə mümkün su altında qalma zonasında qədim Həsənkeyf şəhəri də olub. Həmin şəhərdə isə çox sayda memarlıq, tarixi və mədəniyyət abidələri var. Əyalət rəhbərliyi hazırda daha dəyərli obyektlərin təxliyyəsi üzrə əməliyyat keçirir. Tarixçilər bildirirlər ki, yeri dəyişdirilən Əyyub məscidinin azı 600 yaşı var. 4600 ton çəkisi olan binanın təxliyyəsi üçün, bina 3 hissəyə bölünüb. Xüsusi texnika vasitəsi ilə məcsid yeni əraziyə - xüsusi yaradılmış “Həsənkeyf” mədəniyyət parkına köçürülüb. Oxşar xəbərlər
|