ABŞ Konqresinin ilk müsəlman qadın üzvləri Qurana əl basaraq, and içiblər
Mьəllif: admin1
Tarix: 5-01-2019, 10:27
Bцlmə: Xəbərlər
ABŞ Konqresinin ilk müsəlman qadın üzvləri Qurana əl basaraq, and içiblər
ABŞ Konqresinə üzv seçilən Somali əsilli İlhan Omar və Fələstin əsilli Rəşidə Tlaibin andiçmə mərasimləri olub.

Bu barədə musavat.com “BBC Türkçe”-yə istinadən məlumat verir.

Belə ki, hər iki xanım ABŞ Konqresi tarixində bir ilkə imza ataraq, andiçmə mərasimində Qurana əl basıblar.

Fələstin əsilli Rəşidə Tlaib mərasimə öz xalqına məxsus “thobe” adlı milli geyimdə gəlib.

R.Tlaib andiçmədən sonra öz tviter hesabında “Bu, həqiqətən reallaşdı və mən artıq ABŞ Konqresinin üzvüyəm. Fələstin əsilli, ingiliscə danışa bilməyən cənub-qərbi Detroiddən gələn bir qız üçün bu, çox da pis nəticə deyil” - deyə qeyd edib. Eyni zamanda o, hər kəsi Fələstinin milli geyimi olan “thobe”də çəkilən fotosunu paylaşmağa çağırıb.

ABŞ Konqresinin ilk müsəlman qadın üzvləri Qurana əl basaraq, and içiblər

Bir çox qadın onun istəyi ilə fotonu paylaşaraq, çağırışa dəstək verib.

“Detroit Free Press”ə verdiyi müsahibədə Rəşidə, Tomas Ceffersona aid və 1734-cü ildən qalan Qurana əl basacağına söz versə də, öz ailəsindən qalan qədim Qurana əl basdığını bildirib.

ABŞ Konqresinə seçilən ilk hicablı müsəlman qadın İlhan Omar da Qurana əl basaraq, and içib.

ABŞ Konqresinin ilk müsəlman qadın üzvləri Qurana əl basaraq, and içiblər
Onu da qeyd edək ki, ABŞ Konqresində andiçmə mərasimləri üçün müəyyənləşdirilmiş konkret bir andiçmə mətni mövcud deyil.

Ənənəyə görə, ABŞ Konqresinin üzvləri İncilə əl basaraq, ABŞ qanunlarını bütün daxili və xarici düşmənlərdən qoruyacaqlarına and içirlər.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031