Ölkədə yeni qanunlar qüvvəyə minib...
Mьəllif: admin1
Tarix: 5-01-2019, 10:58
Bцlmə: Xəbərlər
Ölkədə yeni qanunlar qüvvəyə minib...
24News.ge xəbər veri ki, yeni qəbul olunan konstitusiya 11 başlıq və 78 maddədən ibarətdir.
Konstitusiya bir tərəfdən insan hüquqları standartlarını bərpa edir, digər tərəfdən isə hökümət qolları arasında səlayihhəti təyin edir.

Parlament tərəfindən təsdiqlənmiş konstitusiyada qeyd olunub ki, Gürcüstan sosial-ədalətli ölkədir, o cəmiyyətdə sosial ədalətin, sosial bərabərliyin və sosial həmrəyliyin prinsiplərini qoruyur.

Konstitiusiya ilə bütün insanların bərabərliyi təmin olunub və irq, dərinin rəngi, cins, mənsubiyyət, dini mənsubiyyət, dil, siyasi və ya digər mövqelər, sosial mənsubiyyət, mülki və ya rütbə vəziyyəti, yaşayış yeri və s. kimi əllamətlərə əsasən diskriminasiya qadağandır.

Yeni konstitusiyada evlilik anlayışı da qeyd olunub və deyilir ki, evlilik, ailə yaratmaq məqsədilə qadın və kişi arasında əlaqədir.

Evliliyə oxşar olaraq, Konstitusiyaya dəyişiklikləri kənd təsərrüfatı üçün nəzərdə tutlmuş torpaqlar haqqında da daxil oldu. Sənədə əsasən, kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaq, xüsusi mənalı resurs olaraq yalnız, dövlətə, özünüidarəetmə orqanlarına, Gürcüstan vətəndaşı və Gürcüstan vətəndaşları qrupuna aid ola bilər.

Konstitusiya dəyişiklikləri çərçivəsində 94-cü maddə də dəyişdi. Maddədə qeyd olunur ki, həmin qanunun aktivləşməsindən 12 il ərzində aksizdən əlavə, ümumi dövlət vergisinin yeni formasının yaradılması və ya böyüdülməsi yalnız referendum vasitəsilə baş verəcək. Orqan qanunu ilə nəzərdə tutulmuş hallar istisnadır.

Yuxarıda qeyd olunanlardan əlavə, konstitusiya ilə siyasi məsələlər də nəzərdə tutulub, onlar arasında prezidentin seçilmə yolları, Parlamentin kadr məsələsi və ölkənin xarici istiqaməti. Konstitusiyaya əsasən, 2020-ci il üçün majoritar sistem mövcud olacaq. Lakin, siyasi partiyaların imkanı olacaq ki, Parlament seçkiləri üçün blok şəklində birləşsinlər. Yeni Konstitusiyaya əsasən, ölkə proporsial sistemə 2024-cü ildə keçəcək.

Parlamentin yerləşməsi də Konstitusiya dəyişikliyinə düşüb. İdarəçi heyyət Konstitusiyada Parlamentin yerləşdiyi şəhər olaraq Kutaisini qeyd etmədi. Qərar verildi ki, 2019-cu ilin yanvarından Qanunvericilik Orqanı paytaxta qayıdacaq.

Prezidentin seçilmə qaydası haqqında da dəyişiklik var. 2023-cü ildən Gürcüstanda prezidentin seçilməsi seçki kollegiyası tərəfindən birbaşa seçilməyəcək.

Qeyd edək ki, Parlamentdə əsas Konstitusiya dəyişiklikləri 2017-ci ilin 26 sentyabrda təsdiqlənib və bu ilin yanvar ayından qüvvəyə minib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031