İrandan tarixi qərar - 10 min rial 1 tümənə bərabər olacaq
Mьəllif: admin1
Tarix: 8-01-2019, 11:29
Bцlmə: Xəbərlər
İrandan tarixi qərar - 10 min rial 1 tümənə bərabər olacaq
İran Mərkəzi Bankının rəhbəri Abdunnasır Himməti, İran rialından 4 sıfırın atılması üçün hazırladığı layihəni hökumətə təqdim edib.

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, bu barədə Himməti özünün sosial media hesabında yazıb.

O, verdiyi açıqlamada , yeni layihənin Nazirlər Kabinetində baxıldıqdan sonra, Ali Məclisdə qəbul olunacağını istisna etməyib.

Mərkəzi Bank rəhbəri əlavə edib ki, İran rialından 4 sıfırın atılacağı təqdirdə, mövcud 10 min rial 1 tümənə bərabər olacaq.

1 tümən isə 100 riallıq əskinaslara bərabər olacaq.

Himməti bildirib ki, layihənin qəbul edilməsindən sonra, yeni banknotların çapına başlanılacaq.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031