Səud rejimi Qətifdə 7 Əhli-beyt (ə) davamçısını qətlə yetirdi
Səudiyyə rejimi tərəfindən Qətif şəhərində dinc insanların yaşadığı iki yaşayış sahəsinə endirilən bombalar nəticəsində, beş nəfərin öldürüldüyü, iki nəfərin yaralandığı bildirilir.
"Deyerler.org"un "parstoday.com" agentliyinə istinadən verdiyi xəbərə görə, bazar ertəsi, Səud rejiminin hərbi qüvvələri ağır silahlardan istifadə edərək, Əl-Djaş və Um Əl-Hamam rayonlarına hücumlar etmişdir. Səudiyyə rejiminin qüvvələri zirehli texnikadan istifadə edərək, bir neçə yaşayış evini dağıtmışdır. Səudiyyə rejimi, yaşayış evlərinə hücumlarını, axtarışda olan şəxslərin axtarışı bəhanəsi ilə həyata keçirmişdir. İndiyənə qədər bu şəhərdə onlarla vətəndaş öldürülərək, siyasi fəallar isə həbs edilmişdir. Oxşar xəbərlər
|