“Dünyanın ən ləziz yeməyi” Gürcüstan xaçapurisi seçilib
Mьəllif: admin1
Tarix: 14-01-2019, 11:00
Bцlmə: Xəbərlər
“Dünyanın ən ləziz yeməyi” Gürcüstan xaçapurisi seçilib
Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub.

24News.ge xəbər verir ki, TasteAtlas internet portalı “Dünyanın ləziz yeməkləri” interaktiv xəritəsini tərtib edib.

Xəritə Xorvatiyada 30 nəfər təhqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. “Dünyanın ləziz yeməkləri” xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib.

Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib.

Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən “suluqun” və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında “motsarella” və “feta” milli pendir növlərindən də istifadə edilir.

“Dünyanın ləziz yeməkləri” siyahısında ikinci yerə Balkanların “çevapçiçi” milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların “suşi”si layiq görülüb

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031