İŞİD terrorçuları Nigeriyada Rann şəhərini işğal etdi
Mьəllif: admin1
Tarix: 15-01-2019, 10:36
Bцlmə: Xəbərlər
İŞİD terrorçuları Nigeriyada Rann şəhərini işğal etdi
Nigeriyada İŞİD terrorçuları ilə əlaqədə olan silahlılar Rann şəhərini işğal ediblər. Bildirilir ki, terrorçular ordunu şəhərdən çıxarıblar. İlkin məlumata görə, şəhər tamamilə terrorçuların əlinə keçib.

Hərbçilərdən biri anonimliyin saxlanılması şərti ilə bildirib ki, hökumət qüvvələri yaşayış məntəqəsini tərk edib. Məlumata görə, hadisə milli seçkilərdən bir neçə həftə əvvəl baş verib. Hücum prezident Məhəmməd Buxarinin fevralda nəzərdə tutulmuş seçkilərdə yenidən seçilmək planına zərbə vurmaq niyyəti daşıyıb.

Daha əvvəl Nigeriya Prezidenti Məhəmməd Buxari öldüyü və onun əvəzinə Sudandan oxşarının gətirildiyi barədə yayılan şayiələri təkzib edib.
Mənbə:/www.eastnews.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031