Marneuli rayonunda “donuz qripi” qeydə alındı
Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.
24news.ge xəbər verir ki, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından olan Aversi klinikasına yerləşdirilib. Marneulinin aversi klinikasının EMERGENCY bölməsinin rəhbəri Xatuna Ebralidze bildirib ki, artıq 2 ci xəstədir ki qrip virusu ilə xəstəxanaya gətirilir. Xəstəyə donuz qripi diaqnozu qoyulub onun bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur. Artıq həmin kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində də təsdiq olunub. Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir. Marneulidə yerləşən Geo Hospital klinikasında isə bu günə kimi qrpi virusunun ağır formaları qeydə alındığı bildirilir: Geo Hospital klinikasından verilən açıqlamaya görə bu günədək xəstəxanaya müraciət edən xəstələrdə donuz qripi qeydə alınmayıb. Lakin qrip virusunun ağır formasını daşıyan xəstələr bu xəstəxanada qalmaqda davam edirlər. Verilən məlumatda oda bildirilir ki, son 1 həftənin göstəricilərinə görə təxminən 50 nəfər xəstə klinikaya müraciət edib. Onlar arasında donuz qripi diaqnozu ilə gələn olmasada 1 qrip virusunun ağır forması ilə pasienti xəstəxanaya yatırılıb . Vəziyyəti ağır olan xəstənin durumu sabitdir. Terapiya şöbəsində isə 3 xəstə olub ki, onlarda artıq evə buraxılıblar. Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb. Oxşar xəbərlər
|