Baş nazir 17 yanvarı matəm günü elan etdi
Baş nazir Mamuka Baxtadzenin qərarı ilə Tbilisidə təbii qazın sızması səbəbiylə baş verən faciə ilə əlaqədar 17 yanvar matəm günü elan edildi.
24News.ge xəbər verir ki, bu barədə hökümət başçısı Mamuka Baxtadze bir az əvvəl sərəncam imzaladı. Sərəncama əsasən, matəm günü ilə əlaqədar olaraq, ölkədə ki, bütün dövlət binalarında və xaricdə yerləşən Gürcüstanın diplomatik binalarında dövlət bayrağı endiriləcəkdir. Xatırladaq ki, yanvarın 16-da paytaxt Tbilisinin Didi Diğomi rayonunun Antandil küçəsindəki çoxmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış olub. Nəticədə 4 nəfər dünyasını dəyişib, 3-ü azyaşlı uşaq olmaqla 6 nəfər yaralanıb. Oxşar xəbərlər
|