İran ABŞ-dan həbs olunan jurnalistin təcili azad edilməsini istəyir
İran ali məhkəmə şurası ABŞ-da həbs olunan "PressTV" jurnalisti Mərziyə Haşiminin sərbəst buraxılması üçün beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıb.
Ali şuranın açıqlamasında ABŞ hökumətinin addımı sərt şəkildə qınanıb. Açıqlamada Haşiminin həbsi zamanı MKİ rəsmiləri tərəfindən zorakılığa məruz qaldığı iddia olunub. Qeyd edək ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. Mənbə: https://www.eastnews.org/ Oxşar xəbərlər
|