Suriyanın Baş müftisindən Rusiyaya xəbərdarlıq: Gələcək müharibələrin səbəbi din olacaq!
Mьəllif: admin1
Tarix: 18-01-2019, 20:55
Bцlmə: Xəbərlər
Suriyanın Baş müftisindən Rusiyaya xəbərdarlıq: Gələcək müharibələrin səbəbi din olacaq!
İslamazeri.com-un “İnterfaks”-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın Baş müftisi Əhməd Bədrəddin Hassun Rusiya hökumətinə müraciət edərək, rəsmi Moskvanı ölkədəki dini konfransların hansı mənbələrdən maliyyələşməsinə daha çox diqqət etməyə çağırıb.

“Mən, Suriyadakı terrorçuluğa necə qalib qəldiyimiz barədə danışa bilmək üçün, Rusiyanın müxtəlif regionlarındakı müsəlmanlarla daha çox ünsiyyət olmaq istəyərdim, lakin çox az qism məni dəvət edir. Çox vaxt belə regionların nümayəndələri, əksinə, Səudiyyə Ərəbistanından olan şeyxləri dəvət edirlər.”, - deyə Suriya müftisi bildirib.

O qeyd edib ki, Rusiyanın Kazan, Qroznıu və bir sıra digər şəhərlərində bir neçə konfransda iştirak edib və onların böyük hissəsinin Səudiyyə Ərəbistanı və BƏƏ-li investorların vəsaitləri hesabına təşkil olunduğunu bildikdə, təəccüblənib.

Onun sözlərinə görə, bu məsələ Rusiya hakimiyyətinin xüsusi diqqətini tələb edir, çünki “gələcəkdəki bütün müharibələr iqtisadi yox, dini səbəblər üzündən baş verəcək”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031