İşğalçı İsrail ordusu fələstinli məhbuslara hücum edib, 100-dən çox yaralı var
Mьəllif: admin1
Tarix: 22-01-2019, 22:58
Bцlmə: Xəbərlər
İşğalçı İsrail ordusu fələstinli məhbuslara hücum edib, 100-dən çox yaralı var
Dünən axşam saatlarında işğalçı İsrail ordusu Rəmallah şəhəri yaxınlığındakı Ofer həbsxanasına basqın edərək məhbuslara atəş açıb. Qapalı şəraitdə, müdafiəsiz olan fələstinli məhbuslara rezin örtüklü metal güllələrlə dəfələrlə atəş açılıb, onların kameralarına qaz və səs qumbaraları atılıb. Daha sonra məhbuslar rezin dəyənəklərlə döyülüblər, hərbi itlərin hücumuna məruz qoyulublar.

Madie.Az "felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar Cəmiyyəti (FMC) məlumat yayıb.

Bildirilib ki, işğalçı əsgərlər dünən səhər saatlarında həbsxanada qəfil yoxlamaya başlayıblar, məhbusların kameralarına daxil olaraq axtarış aparıblar, bəzi məhbuslara qarşı isə fiziki zorakılıq tətbiq ediblər. Buna cavab olaraq həbsxanada kütləvi etiraz aksiyasına start verilib. Aksiyanı yatırtmaq üçün əsgərlər odlu silahlardan, qaz qumbaralarından və səs bombalarından istifadə ediblər. Məhbuslara dəyənəklərlə hücum ediblər, təlim görmüş itləri məhbusların üzərinə buraxıblar.

Baş vermiş hücumda 100-dən çox məhbus yaralanıb. Onların əksəriyyəti öz kameralarında yaxın məsafədən güllələniblər. Yaralılar İsraildəki hospitallara aparılıblar. Onların bir çoxu həbsxanaya geri qaytarılıblar. 20 məhbus isə vəziyyətləri ağır olduğu üçün hospitalda saxlanılıblar.

Həbsxana kameralarının üçündə yanğın baş verib. Yanğının əsgərlər tərəfindən yaxın məsafədən qaz qumbaralarının atılması nəticəsində baş verdiyi bildirilir.

Məlumata görə, insidentdən bir gün əvvəl isə məhbuslara qarşı başqa bir zorakılıq aktı qeydə alınıb. Belə ki, işğalçı ordu qüvvələri Ofer həbsxanasının 15 və 17 saylı şöbələrinə basqın edərək məhbusları zorla çölə çıxardıblar, onların otaqlarında axtarış işləri aparılıb və özlərinə qarşı isə zorakılıq törədilib.

Bildirək ki, İsrailin nəzarətində olan Ofer həbsxanasında təxminən 1200 fələstinli siyasi məhbus saxlanılır.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031