Nigeriya məhkəməsi Şeyx Zəkzəki və xanımına tibbi xidmət təyin etdi
Mьəllif: admin1
Tarix: 23-01-2019, 10:30
Bцlmə: Xəbərlər
Nigeriya məhkəməsi Şeyx Zəkzəki və xanımına tibbi xidmət təyin etdi
Nigeriyada yanvarın 22-si Kaduna Ali Məhkəməsində Şeyx İbrahim Zəkzəki və xanımı Zinətuddin İbrahimin məhkəməsi keçirilib.

Deyerler.org Pmnewsnigeria-ya istinadən xəbər verir ki, Kaduna Ali Məhkəməsi Kaduna ştatının rəhbərliyindən Şeyx Zəkzəki və xanımının tibbi xidmətlə təmin edilməsi barədə qərar verib.

Hakim Qideon Kurada iddianın digər iki tərəfi olan Katsinadan Şeyx Yakubu Yahya və Kanodan Şeyx Sunusi Əbdülqədirin üzərindən ittihamların götürülməsi barədə qərar verib.

Müdafiə tərəfinin vəkili olan Dari Bayeri prokurora müraciətində yeni proseslə əlaqədar olaraq, ittihamların dəyişdirilməsini istəyib.

Müdafiə tərəfinin vəkillərindən Femi Falana Şeyx Zəkzəki və xanımının təcili tibbi yardıma ehtiyacı olması barədə hakimə müraciət edib: “Şeyx Zəkzəki aldığı güllə yarasından gözlərindən birini itirib və digər gözü də kor olmaq təhlükəsilə üzləşib. Xanımı Zinətuddin İbrahimin də vəziyyəti ağırdır. Belə ki, qarnındakı mərmilər tamamilə çıxarılmayıb”, - deyə Falana bildirib.

Onun dediklərinə görə, həkimlər Şeyx Zəkzəki və xanımı harada müalicə edəckləri barədə qərar verəcəklər.

O, ümid edir ki, hər ikisinin səhhəti işin bağlanacağı tarix olan martın 25-nə qədər bərpa olacaq.

Hakim Kurada məhkəmənin növbəti iclasını mart ayının 25-nə təyin edib.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031