Moqerini Varşavadakı anti-İran konfransında iştirak etməyəcək
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ABŞ-ın Polşada keçirəcəyi "Yaxın Şərqin gələcəyi" adlı konfransda iştirak etməyəcəyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, Federika Moqerini bu konfransın eyni günlərdə Afrika Birliyinin Əddis-Əbəbə şəhərində keçirəcəyi konfransa təsadüf etdiyini, özü çox əvvəldə bu konfransda iştirak etmək üçün planlaşdırdığını və həmçinin Afrika buynuzunda bəzi ölkələrə səfər etməsi lazım olduğunu və bu səbəbdən bu konfransda iştirak edə bilməyəcəyini qeyd edib. Müşahidəçilər ABŞ-ın İran əleyhinə konfransına marağın və həmçinin iştirak səviyyəsinin çox aşağı olacağını bildirir. Oxşar xəbərlər
|