Ayətullah Sistani ələ keçirilmiş İŞİD əsirləri barədə hökümətə tövsiyə edib
Ayətullah Sistani yerli hökümətə ələ keçirilmiş İŞİD əsirləri barədə tövsiyə edib
“İslaminSesi” xəbər verir ki, bu barədə alsumaria.tv agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İraqın nüfuzlu mərcə təqlidi Ayətullah Seyid Sistani, İraq hökümətindən, ələ keçirilmiş İŞİD əsirləri ilə İslam şəriətinə uyğun davranılmasını istəyib. Bu barədə İŞİD əsirləri üzrə BMT nümayəndəsi Kərim Əsəd Xan, Nəcəfdə Ayətullah Sistani ilə görüşdükdən sonra danışıb. Jurnalistlərə müsahibə verən Kərim Xan bildirib ki, görüşümüz çox faydalı oldu və biz görüş çərçivəsində təşkilatımızın fəaliyyətləri barədə müzakirələr etdik. Kərim Xan həmçinin qadınların işi üzrə bir qrupun yaradıldığını, qadınların işləri barədə detalların məxfiliyinin qorunması və hörmətlə yanaşılacağını da deyib. Oxşar xəbərlər
|