Kərbəla zəvvarlarına internetlə bağlı şad xəbər
İraqın İnformasiya və Əlaqələr İdarəsindən Kərbəla zəvvarlarına şad xəbər.
“İslaminSesi” əl-Aləmə istinadən xəbər verir ki, İraqın İnformasiya və Əlaqələr İdarəsindən verilən məlumata görə hər həftənin cümə axşamı günü İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəmlərində internet pulsuz olacaq. İdarənin bildirdiyinə görə məqsəd telekommunikasiya xidmətlərinin inkişafı, insanlara yüksək səviyyədə xidmət göstərmək, zəvvarların öz yaxınları ilə əlaqə yaratmaqlarını asanlaşdırmaqdır. Xidmətin əhatə dairəsi “Beynəl-hərəmeyndə” – İki müqəddəs hərəm arasında olan ərazidə olacaq və bu işə İraq İnformasiya və Əlaqələr İdarəsi ilə İraq CELL nəzarət edəcək. Oxşar xəbərlər
|