Seyid Həsən Nəsrullah: “İstənilən hücuma qarşı hazırıq”
Mьəllif: admin1
Tarix: 28-01-2019, 23:36
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: “İstənilən hücuma qarşı hazırıq”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah müqavimətin İsrail rejiminə qarşı bütün variantlarının masada olduğunu bildirərək, baş verə biləcək müharibədə İsrail rejiminin peşman olacağını qeyd edib.

Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah təxminən 2 aylıq fasilədən sonra, sükutunu pozaraq, Livanın Əl-Məyadin telekanalına müsahibə verib. Hər hansı bir vəsilə olmadığı üçün son vaxtlarda açıqlama vermədiyini qeyd edən Seyid Həsən Nəsrullah, iddia olunduğu kimi bunun özünün sağlamlığı ilə əlaqədar olmadığını deyib: “Səhhətimin yaxşı olmadığı barədə sözlərin hamısı yalandır. Mən xəstəliyə yoluxmamışam və heç bir problemim yoxdur”.

Ərəb ölkələrinin BƏƏ-nin paytaxtı Abu-Dabidə iclas keçirdiyini qeyd edən Seyid Həsən Nəsrullah, ərəb ölkələrinin Suriya açılımının ABŞ-ın geri çəkilmə qərarından sonra gəldiyini deyib: “Bu iclasda ərəb ölkələri Türkiyənin İrandan daha təhlükəli olması qənaətinə gəldi və Ərəb Birliyinə qayıtması üçün Bəşər Əsədə mesaj göndərildi. Ancaq B.Əsəd üzvlüyünü təxirə salanların bu addımı atmalı olduğunu söylədi”.

ABŞ-ın prezidenti Donald Trampın Suriyadan çıxmaq qərarının Səudiyyə rejimi və BƏƏ-ni qorxutduğunu iddia edən Seyid Həsən Nəsrullah, ərəb ölkələrindən yüksək səviyyəli rəsmilərin Suriyanın paytaxtı Dəməşqə səfər etdiyini deyib, ancaq ad açıqlamaqdan çəkinib.

Seyid Həsən Nəsrullah Sudanın prezidenti Ömər Əl-Bəşirinin Dəməşqə səfərinin də Səudiyyə rejiminin yaşıl işıq yandırması ilə baş tutduğunu qeyd edib.

Seyid Həsən Nəsrullah müsahibəsində Əsrin müqaviləsinə də toxunub: “Əsrin müqaviləsi başa çatmayıb. Buna rəhbərlik edənlərdən biri də Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır. M.b.S. 50 il hakimiyyətdə qalması müqabilində bu müqavilənin danışıqlarını aparır”.

Səudiyyə rejiminin Yəməndəki əməliyyatları və jurnalist C.Qaşıqçı cinayətinə görə, çox çətin bir proseslərlə qarşılaşdığını qeyd edən Seyid Həsən Nəsrullah, M.b.Salmanın artıq Əsrin Müqaviləsinə dəstək verəcək gücünün olmadığını iddia edib.

İsrail rejimi ordusunun keçən ilin dekabr ayında Livan sərhədində başlatdığı “Şimal qalxanı” əməliyyatına toxunan Seyid Həsən Nəsrullah, belə danışıb: “Hizbullah olaraq, sionistlərin Şimal qalxanı əməliyyatı ilə bağlı danışığını bitirənə qədər sükut etməyə üstünlük verdik. Əməliyyat İsrail rejiminin başa çatdı deməsinə baxmayaraq, başa çatmayıb. Çünki hələ də qazıntı işləri davam edir”.

Seyid Həsən Nəsrullah əməliyyatın keçirilməsinin səbəbi olan tunellərlə bağlı isə bunları deyib: “Livanın cənubunda bəzi tunellər var. Biz Hizbullahın tunel qazıb qazmadığını açıqlamağa məcbur deyilik. İsrail rejimi Hizbullahın tunel qazdığını iddia edir, ancaq bu iddianı sübut edən bir dəlili yoxdur. Yeni qazılıb, yoxsa keçmişdə? 2006-cı ildəki müharibədən əvvəl, yoxsa sonra? Onlar bunu bilmirlər Bizə sürpriz olan isə, İsrail rejiminin bu tunelləri gec kəşf etməsi oldu. Orada 13 il əvvəl qalan tunellər də var. Bu da İsrail rejimi kəşfiyyatının uğursuzluğunu təsdiq edir”.

İsrail rejiminin baş naziri Binyamin Netanyahunun Şimali qalxanı əməliyyatı ilə sionistlərə psixoloji olaraq təsir etdiyi və bunun da özlərinin xeyrinə olduğunu qeyd edən Seyid Həsən Nəsrullah, İsrail rejiminin Livana hücum etdiyi təqdirdə işğal altındakı Əl-Cəlil ərazisinə haradan daxil olacaqlarını çox yaxşı bildiklərini, İsrail rejiminin Suriya və ya Livandakı Hizbullah nümayəndələrinə qarşı istənilən hücuma cavab verəcəklərini bildirib: “İsrail rejiminin tunelləri aşkara çıxarmaq üçün təşkil etdiyi Şimal qalxanı əməliyyatı, (sionist) gəlmələri qorxutdu. Çünki onlar bu əməliyyatdan əvvəl heç bir tunelin olmadığını və yalnız raketlərdən narahat olduqlarını deyirdilər. Netanyahu tunellər məsələsini mediaya ötürməklə sionistlərin daha da çox qorxmasına səbəb oldu. Əslində Netanyahunun Şimal qalxanı əməliyyatı psixoloji müharibədə bizə xidmət etdi. Çünki sionist gəlmələr bundan sonra əvvəlkindən daha çox qorxacaqlar.

İsrailli generallar necə bu məsələni başa düşmədi? Onlar öz mənfəətlərini üstünlük verirlər? Bəzi generallar da Hizbullahın haradan Əl-Cəlilə girə bildiyini müzakirə edirlər. Əgər bir müharibə baş versə, o vaxt Əl-Cəlilə girib girməməyə qərar verərik. O vaxt necə girmək istədiyimizi düşünərik. Havadan, qurudan və ya bəzi livanlıların yumor məqsədli dediyi kimi, motosikletlə! Onlar bizim necə Əl-Cəlilə girməyimizdən xəbərdar olmazlar. Tunelləri aşkara çıxarmaq əməliyyatı məğlubiyyətə düçar oldu, çünki heç bir şəkildə bizə mane ola bilmədilər.

Əgər hücum etsələr peşman olacaqlar. Bəli, peşman olacaqlar. Bu gün Netahyahu və digər İsrail rejiminin rəsmilərinə “Belə bir səhv etməyin!” müraciətini edirəm. Bizim variantlarımız stolun üzərindədir. Bu günə qədər siz variantlarınız stol üzərində olduğunu deyirdiniz. Amma bu gün müqavimət, "Bütün variantlarımız stolun üzərindədir” deyəcək mövqedədir”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031