Siqaret çəkənləri Həcc Ziyarətinə buraxmamaq təklif edilib
Siqaret asılılığından xilas olmaq istəməyənlərə müqəddəs məkanları ziyarət etmək üçün Səudiyyə Ərəbistanına giriş qadağan olunmalıdır.
İslaminSesi-nin islam-today.ru-ya istinadən verdiyi xəbərə görə, belə bir təkliflə Türkiyənin dini işlər İdarəsinin başçısı olan müfti Əli Ərbaş çıxış edib. Onun sözlərinə görə, Həcc və Ümrə ziyarətinə yalnız siqaret çəkməyənlər gedə bilər. Müfti, həmçinin, hesab edir ki, siqaret çəkənlərin məscidlərdə imam işləməsi yolverilməzdir. Müsəlman din xadimi olmaq istəyənlər isə nikotin asılılığından qurtulmalıdır. Siqaret çəkməyin nəticələri barədə danışarkən, Ərbaş xatırladıb ki, bu zərərli alışqanlıq həm ölümcül xəstəliklərin inkişafına səbəb olur, həm də ruhu məhv edir. Qeyd edək ki, Türkiyədə siqaret çəkmək həddən artıq çox yayılmış bir problemdir. Bildirilir ki, ölkədə, kişilərdən əlavə, nikotin asılılığından əziyyət çəkən minlərlə qadın var. Oxşar xəbərlər
|