Hicablı xanım Apple-ı hakerlərdən xilas etdi
Mьəllif: admin1
Tarix: 5-02-2019, 19:47
Bцlmə: Xəbərlər
Hicablı xanım Apple-ı hakerlərdən xilas etdi
Səudiyyə mənşəli müsəlman xanım Fatimə əl-Hərbi, Apple-ın təhlükəsizlik sistemində ciddi nasazlığı aşkar edərək peşəkarlığına görə ən yüksək qiymətləndirməyə layiq görülüb.

İslaminSesi-nin İslam.ru-ya istinadən verdiyi xəbərə görə, Kaliforniya universitetinin aspirantı, kompüter proqramlaşdırması sahəsində təhsil alan Fatimə, Apple sistemində nasazlığı aşkar edərək korporasiyanı xəbərdar edib. Bu səbəbdən onun adı şirkətin rəsmi saytında qeyd olunub.

Hazırda hicablı xanım Kaliforniyada dissertasiya müdafiəsinə hazırlaşır. Apple-ın görkəmli İT-ekspertlərinin siyahısına düşməsi isə onun karyerasının inkişafında böyük rol oynayacaq.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031