Xristian ölkəsinin başçısı fələstinli müsəlman oldu
İslamazeri.com-un “Daily Sabah”-a istinadən verdiyi xəbərə əsasən, Salvadorda keçirilmiş prezident seçkilərində qələbəni Nəyyib Bukele qazanıb. O, fələstinli müsəlman mühacirin oğludur.
O, seçicilərin təxminən 54 faizinin səsini qazana bilib ki, bu da, onun 3 rəqibinin birlikdə topladığı səsdən çoxdur. Maraqlıdır ki, beləliklə də, yeni dövlət başçısı son 25 ildə ölkə siyasətində dominantlıq etmiş 2 əsas partiyanı sıxışdıra bilib. Qeyd edilir ki, Bukele 1981-ci ildə anadan olub, 2015-ci ildən isə paytaxt San-Salvadorun meri idi. Onun ailəsi hələ XX əsrin əvvəllərində Osmanlı imperiyasının pasportları ilə Latın Amerikasına köç edib. Nəyyib Bukelenin atası Armando Bukele Kattan ölkənin məşhur imamlarından biridir. Oxşar xəbərlər
|