Ayətullah Sistani ABŞ-ın İran təhdidlərinə cavab verdi
Mьəllif: admin1
Tarix: 6-02-2019, 20:01
Bцlmə: Xəbərlər
Ayətullah Sistani ABŞ-ın İran təhdidlərinə cavab verdi
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın ən nüfuzlu şəxsi olan Ayətullah Sistani bəyan edib ki, İraqın digər ölkələrə qarşı platforma kimi istifadə edilməsinə qarşıdır.

Ayətullah Sistani İraqın yeni hökumətinin vəzifə və prioritetlərini müəyyən edərək qeyd edib ki, İraq digər ölkələrə qarşı istənilən təzyiqlərin əleyhinədir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkəsi İran və onun müttəfiqlərinə nəzarət etmək üçün İraqdakı bazaları saxlamaq niyyətindədir. Trampın bu sözləri İraq və ABŞ-da genişmiqyaslı tənqidlərə səbəb olub.

Ayətullah Sistaninin dəftərxanasının bəyanatında deyilir:

“Ayətullah Sistani bu gün BMT Baş katibinin xüsusi nümayəndəsi və BMT-in İraq missiyasının başçısı Henis Plasçartı qəbul edib və BMT-in iraqlılara ölkənin üzləşdiyi problemlərin dəf edilməsi məsələsində yardım üzrə missiyalarını müsbət qarşılayaraq onlara uğurlar arzu edib”.

Bəyanatda qeyd edilir ki, İraq bərabərhüquq və ümumi maraqlar prinsipi əsasında bütün sülhsevər dövlətlərlə yaxşı və balanslaşdırılmış münasibətlərin tərəfdarıdır. İraq onun daxili işlərinə və suverenliyinə qarışılmasına qarşıdır. İraq digər ölkələrə qarşı addımlar üçün platforma olmaq niyyətində deyil.

Ayətullah Sistani həmçinin İraq hökumətini korrupsiya ilə mübarizə və xidmətlərin yaxşılaşdırılmasında müsbət nəticələr göstərməyə səsləyib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031