Ayətullah Safi Gülpayqani Səudiyyə rejimində 6 yaşlı uşağın vəhşicəsinə qətlinə sərt reaksiya verdi
Mьəllif: admin1
Tarix: 12-02-2019, 10:18
Bцlmə: Xəbərlər
Ayətullah Safi Gülpayqani Səudiyyə rejimində 6 yaşlı uşağın vəhşicəsinə qətlinə sərt reaksiya verdi
Böyük mərcəyi-təqlid alimi Ayətullah Safi Gülpayqani bir mesaj yayaraq, son günlərdə Səudiyyə rejimində başı kəsilərək öldürülən 6 yaşlı Zəkəriyyə Əl-Cabirin ailəsinə başsağlığı verib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Ayətullah Safi Gülpayqani mesajında bunları qeyd edib: “Heyvandan daha pis olan bu vəhşi insanların çirkin qəlbləri mərhəmət və vicdandan məhrumdur? Beynəlxalq cəmiyyət və İslam dövlətləri, xüsusilə Səudiyyə rejimi niyə bu vəhşi cinayət barədə sükut edirlər? Onlar sükutları ilə bu cinayəti dəstəkləyirlər!”

Xatırladaq ki, altı yaşlı oğlu ilə Mədinəyə, Peyğəmbərin (s) mübarək məzarını ziyarət etmək üçün gedən ana taksiyə əyləşir. Qadın maşına əyləşəndə astadan bismillah, Peyğəmbərə (s) və Əhli-Beytə (ə) salavat deyir.

Bunu eşidən sürücü, qadından əsəbi halda “sən şiəsən?” deyə soruşur. Qadın "bəli!" deyə cavab verir. Bir az getdikdən sonra maşını qəfil saxlayan sürücü, qadına tərəf hücüm çəkir və onu itələyib uşağı əlindən alır.

Əlindəki şüşə parçası ilə uşağın boğazını kəsir. Zəkəriyyə əl-Cabir adlı 6 yaşlı uşaq, anasının gözü önündə təkfirçi vəhhabi tərəfindən boğazı kəsilərək qətlə yetirilir.

Zəkəriyyənin əmisinin bildirdiyinə görə, ana xəstəxanaya yerləşdirilib, o, hadisənin dəhşətindən hələ özünə gəlməyib.

Uşağın ailəsi cinayətkarın eyni ilə edamını tələb edir, Səudiyyə polisi isə həmin vəhhabinin əqli xəstə olduğunu bəhanə edir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031