Əqli zəifliyin səbəbləri açıqlanıb
Jons Hopkins universitetinin alimlərinin gəldiyi qənaətə əsasən, orta yaş həddində müşahidə olan xroniki iltihab xəstəlikləri yaddaşın pozulmasına və əqlin zəifləməsinə səbəb ola bilər.
"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, 20 il müddətində keçirilən tədqiqatlar zamanı orta yaş həddi 57-ə çatan 12336 nəfər iştirak etmişdir. Mütəxəssislər iştirakçıların dörd bio marker iltihabını ölçmək üçün qan nümunələrini analiz edib. Bu göstəricilərə uyğun ümumi iltihab dərəcəsi təyin olunmuşdur. 3 il sonra alimlər S-reaktiv zülalının həddini ölçüblər. Ümumi iltihab həddinə görə iştirakçıları 4 qrupa bölüblər. Tədqiqatın əvvəlində, ortasında və axırında əqli qabiliyyətlər ölçülmüşdür. Məlum olmuşdir ki, yüksək iltihab göstəricisi müşahidə olunan iştirakçılarda, əqli gerilik və yaddaş zəifləməsi artmışdir. Oxşar xəbərlər
|