İran XİN başçısından gözlənilməz addım: “İstefa verirəm”
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz vəzifəsindən getdiyini bəyan edib.
“Əziz və dəyərli İran xalqı və onun rəhbərliyinə son 67 ayda (göstərdikləri) alicənablığa görə çox təşəkkür edirəm. Mən xidməti davam etdimək qabiliyyətində olmadığıma və xidmətim zamanı olmuş bütün çatışmazlıqlara görə səmimi olaraq üzr istəyirəm. Xoşbəxt və möhtərəm olun”, - deyə Zərif “Instagram” hesabında yazıb. İran XİN başçısının köməkçisi Abbas Musvavi bildirib ki, İran XİN əməkdaşları Məhəmməd Cavad Zərifin istefasının səbəblərindən agah deyil. İrandakı rəsmi mənbədən qeyd ediblər ki, İran parlamenti çərşənbə axşamı günü M.C.Zərifin istefasını müzakirə edəcək. “İran parlamenti çərşənbə axşamı günü iclas zamanı Zərifin istefa məsələsini müzakirə edəcək”, - deyə qeyd edilib. Xatırladaq ki, Zərif 2013-cü ilin Avqust ayında İran XİN başçısı təyin edilib. Oxşar xəbərlər
|