Duzun hədsiz istifadəsindən yaranan təhlükə
Münhenin Texniki universitetinin alimləri, bədəndə yığılan duzların allergik reaksiyalara səbəb olmasını sübüt etmişdir.
"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, mütəxəssislər xroniki allergiyadan əziyyət çəkən xəstələrin dərisindən nümunə götürərək analiz ediblər. Məlum olmuşdur ki, dərinin zədənmiş hissələrində natriumun faizi normadan 30 dəfə çoxdur. Mütəxəssislər, natrium xlorun, Th2-hüceyrələrini həddindən çox dərəcədə "4 (IL-4)" və "13 (IL-13) " interleukin zülalalarının əmələ gətirməyə məcbur etməsini təyin etmişdir. Nəticədə atopik dermatit daxil olmaqla, dərinin iltihab xəstəliyi baş verir. Yüksək miqdarda duz istifadə olunarsa, "T" hüceyrələri "Th2" hüceyrələrinə çevrilməyə başlayır. Əlbəttə ki, bu prosesin geriyə qaytarılaraq bərpa edilməsi mümkündür. Oxşar xəbərlər
|