Ayətullah İsa Qasım Qumda Ayətullah Məkarim Şirazilə görüşdü
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım Qumda böyük mərcəyi-təqlid alim Ayətullah Nasir Məkarim Şirazi ilə görüşüb.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbərinin müalicə prosesi haqqında məlumat alan Ayətullah Məkarim Şirazi, görüşdə Bəhreyn xalqını, xüsusilə Ayətullah İsa Qasımı etdiyi səylərə görə təqdir edib. Ayətullah Şeyx İsa Qasım da bu görüşdə, Bəhreyndəki şiələr və ölkəsinin son vəziyyəti haqqında məlumat verib. Ayətullah İsa Qasım müalicə prosesini tamamlamaq üçün Tehrandakı bir xəstəxanaya yatırılmışdı. Xatırladaq ki, Ayətullah Şeyx İsa Qasım təxminən 2 il Bəhreyn rejiminin qüvvələri tərəfindən ev həbsində saxlanılmasından sonra, 2018-ci ilin iyul ayında müalicə üçün Böyük Britaniyaya göndərilmişdi. Londonda müalicə olunduqdan sonra İraqın Nəcəf şəhərinə gedən Ayətullah İsa Qasım, orada bir müddət qaldıqdan sonra İranın Məşhəd şəhərinə gəlmişdir. Oxşar xəbərlər
|