Nəcməddin Ərbakanın vəfatından 8 il keçdi
İslamazeri.com xəbər verir ki, Nəcməddin Ərbakanın vəfatından 8 il keçir.
İslam Vəhdətinin önəminə həyatını sərf edən Nəcməddin Ərbakan özünün İsrail və ABŞ imperializminə qarşı mövqeyinə görə, daima islam düşmənləri tərəfindən hədəfdə olmuşdur. Güclü siyasətçi, akademik səviyyəli iqtisadçı və peşakar mühəndis olan Ərbəkan Fələstinin azadlığı, sünni-şiə qardaşlığının arzusunun gerçəkləşməsi üçün çox önəmli açıqlamalar etmiş, tarixə vəhdətçi müsəlman lider kimi düşmüşdür. Nəcməddin Ərbakan kimdir? 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Kozanoğullarından olan Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəciməddin Ərbakan ibtidai təhsilinə Kayseri dövlət ibtidai məktəbində başladı. 1937-ci ildə bu məktəbi ən əlaçı şagird kimi bitirdi. Həmin ildə İstanbul Oğlanlar Litseyində orta təhsilini davam etdirdi. Məktəbdə çalışqan olduğuna görə, şagird dostları tərəfindən “Dərya Nəciməddin” deyə çağrılırdı. Məktəbdə “Sıfırcı Avnı” kimi tanınan fizika müəlliminin ilk dəfə ən yüksək qiymət verdiyi şagird də məhz, Nəcməddin olmuşdur. Ərbakan həmin litseyi ən əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi ən əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəciməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı. Bu yoldaşlarından biri də Süleyman Dəmirəl olmuşdur. Tələbəlik illərində tələbələrin namaz qılması üçün universitetin binasında bir otaq ayrılmasını tələb etmiş, bundan ötrü çox çalışmış və nəhayət açılan namaz otağında həm namaz qılınmış, həm də dini söhbətlər aparılmışdır. Ərbakan 1948-ci ilin yayında İTU Makina fakültəsini müvəffəqiyyətlə bitirmiş və elə həmin ildə - 1 iyunda Makina fakültəsinin “Motorlar” kursunda aspirant kimi işləməyə başladı. 1948-1951-ci illər arasındakı 3 illik aspirantlıq dövründə o vaxtlar doktorluq disertasiyasını əvəz edən bir dissertasiya hazırladı. Kurslarda dərs vermək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq aspirant olduğu halda dərs verməsinə izin verilmişdir. Dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Aaxen Texniki Universitetində elmi araşdırmalar aparmaq və bilik və təcrübəsini artırmaq üçün Almanıyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan DVL araşdırma mərkəzində çalışan Prof. Şmit ilə birlikdə müvəffəqiyyətli araşdırmalar apardı. Aaxen Texniki Universitetində il yarım ərzində biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan alman universitetlərində keçərli olan “DOKTOR-MÜHƏNDİS: Dr-İng” adını aldı. Alman İqtisadiyyat Nazirliyinə motorların daha az yanacaq yandırması barədə araşdırma apararaq məruzə verən bu zamanda doktorluq dissertasiyasını hazırlayan Ərbakanın “Dizel motorlarında püskürdülən yanacağın necə alışdığını” riyazi olaraq izah edən bu dissertasiya alman elm çevrələrini şoka saldı. Dissertasiya jurnallarda çap edildikdə o zamanlar Almanıyanın ən böyük motor fabriki olan və dünyada motorun ilk istehsalçısı olan DEUTZ motor fabriklərinin baş direktoru Prof. Dr. Flatz tərəfindən Leopard tanklarının motorları ilə bağlı araşdırmalar aparmaq üçün bu zavoda dəvət edildi. Almaniya İqtisadiyyat Nazirliyinin Rur ərazisindəki zavodlarda araşdırma aparan heyətə öz istəyi ilə qoşulmuş və 15 gün Rur ərazisindəki bütün ağır sənaye zavodlarını gəzib araşdırma aparmaq imkanı əldə etmişdir. I Dünya müharibəsindən sonra Almaniya universitetlərində dissertasiya yazan ilk türk alimi olan Ərbakan 1953-ci ildə dosentlik imtahanı vermək üçün İstanbula döndü. İmtahanın nəticəsində Türkiyənin ən gənc dosenti olan Nəciməddin Ərbakan araşdırmalarına davam etmək üçün təkrar Almaniyanın DUETZ zavodlarına getdi. Bu zaman onun 27 yaşı var idi. Orada 6 ay qalaraq mühərrik araşdırmaları üzrə baş mühəndis olaraq alman ordusu üçün aparılan araşdırmalarda iştirak etdi. 1953-cü ildə noyabr ayında İstanbul Texniki Universitetinə qayıtdı. 1954-cü ilin may ayından 1955-ci ilin oktyabr ayına qədər əsgəri borcunu yerinə yetirdi. İstanbulda 6 aylıq ehtiyat zabit təlimindən sonra Halıcıoğlundakı istehkam bölüyündə 6 ay leytenant, 6 ay da baş leytenant rütbəsində qurğuların qulluğu və təmiri bölümündə qulluq etdi. Bu zaman o, hər il Amerikadan alınan cihazların siyahısını hazırlayırdı. Hazırladığı bu siyahı Amerika yardım heyətinin diqqətini cəlb etmiş və bir amerikalı zabit bu siyahını hazırlayan əsgər Ərbakanla hərbi məktəbin kamandiri Şərəf Özdilək vasitəsi ilə görüşmüş və ondan belə soruşmuşdu: “Siz bu günə qədər hərbi maskalanma toru, bel sapı, və s. şeylər istədiyiniz halda bu il təchizat bölüyü üçün müxtəlif parçalar toxuyan dəzgah istəmisiniz. Siz necə cəsarət edib bu dəzgahları tələb edirsiniz?” Ərbakan da Amerika ordusunun quruluş təlimatnaməsini açaraq: “Bizim etdiyimizi edən Amerikadakı eyni qruplarda bu dəzgahlar var, bizdə nə üçün olmasın?!” deyə cavab verincə amerikalı zabit deməyə söz tapmamış və dəzgahları göndərmişdi. Hərbi xidmətdən qayıtdıqdan sonra təkrar İstanbul Texniki Universitetindəki vəzifəsinin icrasına başladı. Universitetin mühərriklər labaratoriyasında 100 ədəd ilk yerli mühərriki istehsal etdi. 1956-cı ildə 200 şəriklə birlikdə Türkiyədə ilk yerli mühərriki istehsal edən “Gümüş Motor A.Ş”- yi qurdu. Ərbakan Almaniyada araşdırma apararkən Türkiyənin kənd təsərrüfatını təchiz edən qurumun sifariş etdiyi mühərrikləri gördükdə zavod qurmaq fikrinə düşmüşdü. Vətəninə qayıtdıqda fikirlərini həyata keçirməyə başladı. Bu gün Pancar Motor adlı zavodun əsasını 1 iyun 1956-cı ildə qurdu. Gümüş Motor zavodunda davamlı istehsal 1mart 1960-cı ildə başlamışdır. O zaman baş nazir olan Adnan Menderes 1960-cı ildə zavodda olarkən: “Mən əkinçiyəm, bu mühərriklərdən mən də istifadə edirəm. Bunun çox əhəmiyyətli bir addım olduğunu bilirəm. Türkiyədə bunların istehsalını görmək məni çox sevindirdi. Mən bu zavodun fəaliyyətini indi yox, on il bundan əvvəl görəydim, Sümerbanka aid olan bir çox müəssisələri satıb ondan aldığım pulla Türkiyədə ağır sənaye zavodları qurardım” deyərək hisslərini dilə gətirmişdi. Menderes bundan başqa zavodun ehtiyacını ödəmək üçün 1300000 dollar pul da ayırmışdır. Əvvəlki adı Gümüş Motor Zavodu olan Pancar Motor Zavodu 1960-cı ildən bəri 40 ildən çoxdur ki, Türkiyənin tarlalarını sulayan inşaat qurğuları, kiçik həcmli traktorları, gəmiləri hərəkətə gətirən motorlar istehsal edir. Bundan başqa Suriya, İraq, Pakistan və Sudana mühərrik ixrac edir. 1960-cı ildə Ankarada keçirilən Sənaye konqresində Gümüş Motorun istehsal etdiyi məhsulları təqdim edən Ərbakan: “Yeni hədəf Türkiyədə avtomobillərin istehsal olunmasıdır” fikrini ortaya atmış və o zaman iqtidarda olan əsgərlər tərəfindən qəbul olunan bu təklifə görə Əskişehir Dəmiryolları CER atelyesində “inqilab avtomobili” adlı ilk yerli avtomil istehsal edilmişdir. 1965-ci ildə professor olan Ərbakan 1966-cı ilin fevral ayında Odalar Birliyi Dairəsinin sədri vəzifəsinə təyin edildi. Daha sonra baş katib, 1968-ci ilin may ayında Odalar Birliyi İdarə Heyyətinin üzvü,1969-cu ildə isə Odalar Birliyinin sədri oldu. O zamankı hökumət qanunsuz olaraq Ərbakanı zorla vəzifəsindən uzaqlaşdırdı. O, 1967-ci ildə evləndi. Sənayeyə lazım olan diqqətin göstərilməməsi səbəbi ilə siyasətə atılmağa qərar verdi. Millət vəkili olmaq üçün Ədalət partiyasına müraciət etdi. Lakin müraciətini rədd etdilər. Bundan sonra o, müstəqil namizəd kimi Konyadan namizədliyini irəli sürdü və seçilərək Məclisə girdi. N. Ərbakan 1970-ci ilin yanvar ayında Milli Görüş hərəkatının ilk partiyası olan Milli Nizam partiyasını qurdu. Lakin 1971-ci ilin aprel ayında çevriliş üsul idarəsinin də təzyiqi ilə Milli Nizam partiyasının fəaliyyətinə antidemokratik bir şəkildə son qoyuldu. Daha sonra 1972-ci il 11 oktyabrda qurulan Milli Səlamət partiyası Ərbakanın liderliyi ilə 1973-cü ildə keçirilən seçkilərdə 12 səslə məclisdə 48 millət vəkili və 3 senatorluq olmaqla cəmi 51 yer qazandı. 1974-cü ilin əvvəlində MSP-CHP koalisyası dağıldıqdan sonra qurulan koalisya dörd tərəfdən biri olan MSP-nin baş katibi, həmçinin baş nazirin müavini və ekonomik Kurulun sədri vəzifələrini icra etməyə başladı. 1977-ci il 5 iyun seçkilərindən sonra qurulan 3 tərəfli koalisyada da bu vəzifəsini davam etdirən Ərbakanın liderlik etdiyi MSP ard-arda 4 il iqtidarda oldu. 1974-78-ci illər arasında qurulan hər üç hökumətin zamanında da baş nazir vəzifəsini və nazirliklər arası Ekonomik Kurulunun sədri vəzifəsini icra edən Prof. Dr. Nəcməddin Ərbakan bu dövr ərzində Kıpr zəfərinin qazanılmasında böyük xıdmətlər göstərmişdir. Bundan başqa, tarixi ağır sənaye kampaniyasının müvəffəqiyyətlə icra edilməsinə başçılıq etmiş, Türkiyənin İslam Konfransına tam üzv olmasını təmin etmiş və yeni nəsillərin milli və mənəvi dəyərlərə bağlı olaraq yetişməsində böyük yeri olan İmam Xətib məktəblərinin açılmasında və yayılmasında bir çox xidmətləri olmuşdur. O, bu dövr ərzində Rant iqtisadi nəzəriyyəsi yerinə Reel iqtisadi nəzəriyyəsini tətbiq etmiş, milli qaynaqlardan istifadə edərək Anadolunun bütünlüklə inkişaf etməsi və sənayeləşməsi yönündə müvəffəqiyyətli addımlar atmışdır. Türkiyənin iqtisadi inkişafını və güclənməsini özləri üçün təhlükə hesab edən bəzi xarici güclərin təsiri ilə koalisyada olan Ədalət partiyasından 11 nəfərin müxalif partiyaya keçməsi və nazir təyin etmə hadisələri ilə TBMM-də iqtidarın çox hissəsi getdikdə bir müxalifət partiyasının lideri olaraq parlamentin fəaliyyətinə böyük təsir göstərmişdir. 1978-ci ilin əvvəllərindən 1980-ci il 12 sentyabra qədər müxalifətdə qalan və MSP-nin katibi olan N. Ərbakan 12 sentyabr çevrilişi zamanı antidemokratik təzyiq və qadağalarla 1987-ci ilin sentyabrına qədər siyasətdən rəsmən uzaqlaşdırıldı. 1987-ci il sentyabr ayında islahatlarla yenidən siyasi hüquqlarını əldə edən Ərbakan 1983-cü il iyulun 19-da qurulan Rifah partiyasının 1987-ci il oktyabrın 11-də keçirilən konqresində səs birliyi ilə bu partiyanın baş katibi seçildi. 1991-ci il 20 oktyabrda keçirilən seçkilərdə Konyadan yenidən millət vəkili seçildi. 1995-ci ildə seçkilərdə təkrar Konyadan millət vəkili seçildi. Bu seçkilərdə Rifah partiyası Türkiyənin ən böyük partiyası olmuşdur. 28 iyunda yeni hökuməti qurma vəzifəsini icra edərək 7 iyulda səs çoxluğu ilə Türkiyənin baş naziri seçilmişdir. Prof. Dr Nəciməddin Ərbakan Türkiyə respublikasının 54-cü baş naziri olaraq 1996-cı ilin 28 iyunundan 1997-ci ilin 2 iyuluna qədər 1 il ərzində müvəffəqiyyətli irəlləyişlərə imza atmışdır. Faiz və borc məngənəsində sıxılan Türkiyə iqtisadiyyatını 6 ay kimi qısa bir müddətdə istər xaricdən, istərsə də daxildən borc almadan, milli qaynaqlardan faydalanmaqla yoluna qoymuşdur. Bunu nəticəsində Türkiyə iqtisadi böhrandan qurtarmış, milli qaynaqlardan dövlətə 30 milyard dollardan çox gəlir gəlməsini təmin etmişdir. Kəndli, işçi, məmur, dul və yetimlərin rifahında artış görülmüşdür. Bu addımı ilə iqtisadiyyatı gücləndirən Ərbakan 1997-ci ilin büdcəsini heç bir kəsir olmadan tərtib etməyə nail olmuş və bu büdcəni yanvar və fevral aylarında kəsirsiz olmasını təmin etmişdir. Xalqın razılığına səbəb olan bu müvəffəqiyyətlərin bərabər beynəlxalq aləmdə də inkişaf etməkdə olan 8 ölkənin işbirliyinə başçılıq edərək bir il kimi qısa bir zamanda D-8 (Development-8) qurumunu meydana gətirməsi çox əhəmiyyətli bir hadisədir. Xalqdan alınan vergilərin və milli imkanların haqsız Rant iqtisadiyyatı ilə kiçik bir zümrənin əlində toplanması və beləcə milyonlarca insanın əzilməsi, yoxsullaşması və milli iqtisadiyyatın bərbad hala gəlməsinə son verən Ərbakanın bu islahatı Rant iqtisadiyyatı ilə bəslənən bir ovuc rantiyə zümrəsinin xoşuna gəlmədi. Bu zümrə 1997-ci il yanvar ayından başlayaraq sahib olduğu bir neçə media və sərmayə gücü ilə 54-cü hökumətin müvəffəqiyyətli addımlarına kölgə salmaq üçün hər şeyə baş vurmuşdur. Müxtəlif yollarla koalisya ortağı olan Doğru yol Partiyasının millət vəkillərinin hökumətdən dəstəyini çəkməsindən sonra bir ilin sonunda bir fəaliyyət dəyərləndirilməsi aparılmış 550 nəfərlik parlamentin RP, DYP və BBP-dən ibarət olan 278 nəfərlik millət vəkilinin imzası ilə məclisin çoxu növbədənkənar seçki keçirərək Türkiyənin inkişafı üçün hazırlanmış “Yenidən Böyük Türkiyə” adlı layihənin həyata keçirilməsinə qərar verilmişdir. 1997-ci il may ayının 21-də Yarğıtay respublika baş prokuroru Vural Savaş RP-nın fəaliyyətinə son verilməsi üçün konstitutsiya məhkəməsinə müraciət etdi və RP bağlandı. Siyasi fəaliyyətinə bu il 22 iyulda keçirilən deputat seçkilərinə Səadət partiyasından öz namizədliyini irəli sürməklə davam etdirən N. Ərbəkan 3 uşaq atasıdır. 2010 cu ildə "Saadet " partiyasında partiya sədri şeçimlərindən sonra Numan Kurtulmuşun istefasından sonra Erbakan yenidən partiya sədri şeçilib. 27 fevral 2011-ci ildə müalicə olunduğu xəstəxanada günorta saatlarında vəfat edib. Oxşar xəbərlər
|