İran Pakistan və Hindistanı ağıllı davranmağa dəvət etdi
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi Pakistan və Hindistan hakimiyyətlərini ağıllı davranmağa və aralarındakı problemlərin sülh yolu ilə həll etməyə dəvət edib.
İslamazeri.com xəbər verir ki, Bəhram Qasımi Hindistan və Pakistan arasında artan gərginliklə bağlı xəbərlərə göstərdiyi reaksiyada, İran İslam Respublikasının hər iki ölkəni ağıllı davranmağa dəvət etdiyini bildirib. Qasımi İranın hər iki ölkədən aralarındakı problemləri sülh yolu ilə və müzakirə edərək həll etmələrini istədiyini qeyd edib. XİN rəsmisi İranın terrorizmin ən böyük qurbanı olan bir ölkə kimi terrorçuluq və radikalizmlə mübarizənin ancaq bütün ölkələrin əməkdaşlıq və terror məsələsində heç bir fərq qoymadan mümkün olduğuna inandığını vurğulayıb. Oxşar xəbərlər
|