Salome Zurabişvili İlham Əliyevlə görüşdü
Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm.
24News.ge xəbər verir ki, bunu Prezident Salome Zurabişvili Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var. Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm, -deyə Salome Zurabişvili vurğulayıb. Oxşar xəbərlər
|