Ukrayna ilə Gürcüstan arasında gediş gəliş şəxsiyyət vəsiqəsi ilə mümkün oldu - Digər yenilik isə...
Bu gündən etibarən Ukrayna və Gürcüstan arasında gediş-gəliş ID vəsiqə ilə mümkün olacaq.
Ahlibeyt.ge 24News.ge istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Xarici İşlər Nazirliyi yayıb. Ukrayna və Gürcüstan vətəndaşları ID vəsiqə ilə gediş-gəlişdən bu gündən istifadə edə biləcəklər. Vətəndaşlar bir-birlərinin ərazisində 1 il ərzində 90 gün vizasız qala biləcəklər. Ukrayna və Gütcüstan ID vəsiqə ilə gediş-gəliş haqqında sazişi keçən ilin Oktyabrında imzalayıblar. 2019 cu ilin 1 martından Ukrayna və Gürcüstan arasında vizasız gediş gəliş razılaşması qüvvəyə minir. Mövcud vizasız rejimlə yanaşı iki ölkə vətəndaşlarının daxili şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişi də qüvvəyə minir“, - deyə Ukraynanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir. Oxşar xəbərlər
|