Küveytli rəsmi: İsraillə dostluq haramdır! Əxlaqsızlıqdır!
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Küveyt parlamentinin spikeri Marzuk əl-Qənim İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxaraq bu addımı etik və siyasi nöqteyi nəzərdən yolverilməz adlandırıb.
Əl-Qənim İordaniyanın paytaxtı Ammanda Ərəb Parlamentariyaları İttifaqının 29-cu konfransında çıxış edərkən tədbir iştirakçılarını, İsraillə münasibətlərin normallaşdırılmasından imtina bəndini layihənin yekun qətnaməsinə daxil etməyə səsləyib. “İsraillə münasibətlərin normallaşdırılması siyasi nöqteyi nəzərdən haramdır. Bu əxlaqsızlıq və ədəbsizlikdir”, - deyə o qeyd edib. “Biz xalqlarımızın nümayəndələriyik. Biz, İsraillə, uşaq qatili və (Fələstin) torpaqlarının işğalçıları ilə münasibətlərin normallaşmasına yekdilliklə “Yox!” deməliyik, onlarla münasibətləri normallaşdırmamalıyıq, çünki bu təslimiyyət deməkdir”, - deyə o vurğulayıb. Qüdsü Fələstinin əbədi paytaxtı adlandıran əl-Qənim əlavə edib ki, “xurafat və əfsanələrə əl ataraq tarixi saxtalaşdırmaq istəyən hər kəsə deyirəm: “Boşuna cəhd etməyin, çünki siz yalnız özünüzü əldən salırsınız”,”. “Qüdsə yardım iddiasında olanları döyüş meydanına çıxmağa və zalım və işğalçı rejimi məğlub etməyə yardım etməyə səsləyirəm”, - deyə o bildirib. Oxşar xəbərlər
|