“İmam Musa Sədr bizi aydınlatmağa davam edəcək”
“İmam Musa Sədr müqavimətin imamıdır” İslamazeri.az-ın Ərəb mediasına istinadən verdiyi xəbərə görə, Livanın islami müqavimət hərəkatı olan "Hizbullah" İmam Musa Sədrin Liviya ərazisində 1978-ci il 31 avqust tarixində itkin düşməsinin il dönümü münasibəti ilə mesaj yayımlayıb. "Hizbullah" tərəfindən yayımlanan mesajda qeyd olunub ki, “İmam Musa Sədr və iki dostu Şeyx Məhəmməd Yaqub və Seyid Abbas Bədrəddin 31 avqust 1978-ci il tarixində itgin düşməsi ölkəmizin və xalqımızın tarixində ən acı bir gündür. İmam Musa Sədr müqavimətin və dialoqun imamıdır. Ölkəmizə və xalqımıza qarşı sionist rejimin hücumlarının davam etdiyi bu dövrdə onun kəskin mövqeyini xatırlayırıq. Təkfirçilərin və terrorçuların hər kəsə hücum etdiyi bir dövrdə, biz eyni ilə onun sosial, dini və siyasi qruplara olan fikirlərini xatırlayırıq. İmam Musa Sədr bizi aydınlatmağa davam edəcək.” Qeyd edək ki, İmam Musa Sədr Livanın Əməl Hərəkatının lideri olub. O, 1978-ci il 31 avqust tarixində 2 dostu ilə birlikdə Liviya ərazisində itkin düşüb. Liviyanın sabiq lideri Qəddafi onların Liviyada İtaliyaya getdiyini açıqlasa da, onların Liviya ərazisindəki zindanlardan birində saxlanıldığı liviyalı məhbuslar tərəfindən təsdiq edilib. Oxşar xəbərlər
|