Ayətullah Sistani Həsən Ruhaniyə: “Qonşular arasında münasibətlərin möhkəmlənməsindən məmnunam”
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani İranın prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşdə İraqın qonşuları ilə qarşılıqlı mənfəətə əsaslanan əlaqələrinin güclənməsindən məmnun olduğunu bildirib.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ayətullah Sistani qonşular arasında münasibətlərin möhkəmlənməsini istədiyini söyləyib. Prezident Ruhani görüşdə iki gün ərzində İraq rəsmiləri ilə keçirdiyi görüşlər və əldə olunan razılaşmalarla bağlı Ayətullah Sistaniyə məlumat verib. Ayətullah Sistani də görüşdə İraqın qonşuları ilə qarşılıqlı mənfəətlər, suverenlik hüquqlarına hörmət və daxili işlərinə qarışmamaq əsasında münasibətlərini inkişaf etdirmək üçün atılan hər addımdan məmnun olduğunu bildirib. İraq millətinin İŞİD-ə qarşı müharibəsinə toxunan Ayətullah Sistani, İraq xalqının bu terror təşkilatı qarşısındakı qəhrəmanlıqlarından danışıb və bu baxımdan İraqın dostlarının bu uğurun reallaşmasındakı rolunu təqdir edib. İraqın yeni mərhələdəki problemlərinə toxunan Ayətullah Sistani, İraq hökumətinin bu sahədə qəbul olunan irəliləyiş təmin etməsini arzu etdiyini bildirib. Ayətullah Sistani millətlərin faciələr və dağıntılardan qorunması üçün regional və beynəlxalq siyasətdə balans və etidalın (təmkinliliyin) qorunmasının vacib olduğunu vurğulayıb. Prezident Ruhani martın 13-ü Nəcəfə gələrək, bu şəhərdə müqəddəs İmam Əlinin (ə) pak hərəmini ziyarət etdikdən sonra yüksək səviyyəli dini alimlərlə danışıqlar aparmışdı. Görüşdə Ruhani ilə yanaşı, xarici işlər naziri M.C.Zəriflə İranın Bağdaddakı səfiri İrəç Məscidi də iştirak edib. İranın prezidenti Həsən Ruhani Ayətullah Sistani ilə görüşən ilk İran prezidentidir. Deyerler.org Oxşar xəbərlər
|