Yeni Zelandiyadakı təcavüzkarlardan biri terrorçu Breivikdən ilham alıb
Mьəllif: admin1
Tarix: 15-03-2019, 18:31
Bцlmə: Xəbərlər
Yeni Zelandiyadakı təcavüzkarlardan biri terrorçu Breivikdən ilham alıb
Yeni Zelandiyadakı iki məscidə silahlı hücum edən təcavüzkarlardan birinin fotoşəkili mətbuatda çıxıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Avstraliyada doğulan və bir Şotlandiya ailəsindən gələn Brenton Tarrantın təxminən 28 yaşının olduğu qeyd edilir.

Təcavüzkarın “YouTube” səhifəsindən 70 səhifəlik bir manifestin yerləşdirildiyi ortaya çıxıb.

Tarrantın manifestində türklərlə bağlı bir bölmə də var.

“Türklərə” başlığının olduğu hissədə bu ifadələr qeyd olunub: “Torpaqlarınızda əmin-amanlıq şəraitində yaşaya bilərsiniz, sizə zərər olmayacaq. Boğazın şərq hissəsində.

Amma Boğazın qərb hissəsində bir yerdə yaşamağı sınasanız, Avropaya gəlsəniz, sizi öldürəcəyik. Konstantinopola gələr, bütün məscidləri və minarələri dağıdarıq.

Ayasofya minarələrdən xilas olacaq və Konstantinopol layiq olduğu kimi yenidən xristian şəhəri olacaq”.

Hücum manifestində ABŞ-ın prezidenti Donald Trampa da yer verilib. Təcavüzkar hər nə qədər Trampdan yenilənmiş ağdərili kimliyinin və ortaq məqsədlərinin rəmzi kimi danışsa da, onu siyasi bir lider və siyasət müəyyənedici kimi tanımır.

Brenton Tarrant, həmçinin 2011-ci ildə 77 nəfəri öldürən Anders Behrinq Breivikdən ilhamlandığını yazıb.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031