Ayətullah Buşehri: Alim xalqın sevinc və kədərinə şərik olmalıdır
"Yaşadığımız əsrdə elm tələbələri Əhli-Beyt (ə) cəbhəsinin əsgərləridir" İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, Qum hövzəsinin sədri və eyni zamanda imam cüməsi Ayətullah Hüseyni Buşehri İslam alimləri və tələbələrinin vəzifələri haqqında danışıb: "Yaşadığımız əsrdə elm tələbələri Əhli-Beyt (ə) cəbhəsinin əsgərləridir. Tələbə öyrənər, düşünər, əməl edər və sonra da bu elmini cəmiyyətdə yaymağa başlayar. Təməli və əsası olmayan bir din ayaqda dura bilməz. Elm əhli olan alim cəmiyyətin sevinc və kədərində onlarla birlikdə olmalıdır. Alim təbliğ edərkən öz gələcəyi barəsində qayğısı olmamalıdır. O, Allahın razılığı və dinin məsləhətlərini əsas tutaraq hərəkət etməlidir. Sadəcə bilgi sahibi olmaq və molla olmaq kifayət etmir. Alim davranış və sözləri ilə cəmiyyəti Allahın dininə dəvət etməlidir. Tarixən alimlər xalqın içində onlardan biri kimi yaşayıblar və xalq da onların söz və davranışlarındakı gözəlliyi görərək təsirlənib. Alimlərin bekar qalması böyük günahdır." Oxşar xəbərlər
|