Ayətullah Həmədani: Qolanı rəsmən tanıması Amerikanın dəliliyinin ən pik nöqtəsidir
İranın məşhur müctehidlərindən Ayətullah Hüseyn Nuri Həmədani Suriyanın İsrail tərəfindən işğal edilmiş Qolan yüksəkliklərinin ABŞ tərəfindən rəsmən İsrail torpağı kimi tanınmasını dəliliyin ən pik nöqtəsi olaraq adlandırıb
İslamazeri.com xəbər verir ki, Ayətullah Həmədani bu həftə Qum şəhərində verdiyi bəyanatda ABŞ-ın bu addımını qınayaraq deyib: "Heç vaxt xalqların suverenliklərinə sadiq olmayan Amerika saxta sionist rejimi himayə etməklə özünün regiondakı nüfuzunu genişləndirmək istəyir." Həmədani müqavimət cəbhəsinin günü-gündən regionda qüdrətlənməsinə işarə edərək, sözlərinə belə əlavə edib: Suriya və Fələstin keçmişdəkindən daha artıq müqavimətli şəkildə Amerikanın Qolan baərədki təhlükəli fitnəsi ilə mübarizə aparacaqlar. Təqlid mərceyi həmçinin müsəlman ölkələrindən və beynəlxalq təşkilatlardan istəyib ki, bu təcavüz qarşısında susmayaraq, onu pisləsinlər. Oxşar xəbərlər
|