“Dünyanın ən yaxşı” müəlliminə 1 milyon dollar verildi
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, BƏƏ-nin Dubay şəhərində “ilin ən yaxşı müəlliminin” növbəti mükafatlandırma mərasimi baş tutub.
Sözügedən tədbir 2015-ci ildən hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu tərəfindən keçirilir. Bu il 179 ölkədən olan 10 mindən çox namizəd premiya üçün müraciət edib. Əsas mükafat 36 yaşlı rahib Piter Tabiçiyə çatıb. Tabiçi Keniyada kənd orta məktəbində dərs deyir və maaşının böyük hissəsini ehtiyacı olanlara verir. Tabiçiç bildirib ki, həmin pulları məktəb üçün ləvazimatların alınması və yerli sakinlərə yardım üçün xərcləyəcək. “Vətənimdə kasıblıq çoxdur, yemək isə azdır”, - deyə o qeyd edib. Üstəlik, Tabiçinin işlədiyi məktbədə cəmi 1 kompyuter var, hər müəllimə isə 60-a yaxın şagir düşür. Qeyd edək ki, Sanni Varkey fondunun mükafatı BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay rəhbəri şeyx Məhəmməd bin Raşid Əl-Məqtumun hamiliyi ilə təqdim edilir. Oxşar xəbərlər
|