Ayətullah Xamenei İnqilab Keşikçilərini müdafiə etdi: ...40 ildir heç bir qələt edə bilməyib, bilməyəcəklər
Mьəllif: admin1
Tarix: 9-04-2019, 23:21
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei İnqilab Keşikçilərini müdafiə etdi: ...40 ildir heç bir qələt edə bilməyib, bilməyəcəklər
İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xamenei İmam Hüseynin (ə) mübarək mövlud günündə İslam İnqilabının Keşikçilər Korpusu - SEPAH rəsmiləri və ailələrini qəbul edib.

O, ABŞ-ın İslam İnqilabının Keşikçilər Korpusunu terror siyahısına salmasını tənqid edərək "Onların düşmənçiliyinin səbəbi bu gücün ölkə ilə İslam İnqilabını müdafiə etməsi üçündür.

ABŞ ilə cahil düşmənlər 40 il əllərindən gələn düşmənçiliyi etdilər, lakin heç bir qələt edə bilmədilər. (islamazeri) Keşikçilər Korpusu həm sərhəd bölgəsində, həm də sərhədimizdən uzaqda Həzrəti Zeynəbin ziyarətgahını mühafizə edərək düşmənə qarşı cəbhəyə öndərlik edirlər. Ayrıca siyasi sahədə də düşmənlə mübarizədədirlər.", -deyə bildirib.

Ayətullah Xamenei buna görə İslam İnqilabının Keşikçilər Korpusuna qarşı düşmənçilik edildiyini qeyd edərək deyib: "ABŞ özlərinə görə İslam İnqilabının Keşikçilər Korpusuna qarşı plan hazırladıqlarını düşünürlər.

Əlbəttə ki, bu çirkin addımlarla bir nəticə əldə edə bilməzlər. Onlar bu hiylələrilə özlərini aldadırlar. Amerikada İslam Respublikasının düşmənləri olan iqtidardakı Tramp ilə ətrafındakı axmaqlar get-gedə aşağıya doğru çökməkdədirlər."

"İran İslam Respublikasına qarşı 40 illik hücumlara baxmayaraq inqilabın inkişafı, Amerikalıların İran xalqının hərəkətini durdurma mövzusunda gücsüz olduğuna işarədir.", -deyən İslam İnqilabı rəhbəri sözlərini belə bitirib: "Əziz İranımızın düşmənləri 40 il millətə qarşı hər cür siyasi, iqtisadi və qara piarlar istifadə etdilər, onlar hətta İslam İnqilabının ilk günlərində də heç bir qələt edə bilmədilər.

Düşmənlərin xəyal gücünə dayanan düşüncələrinin əksinə, günümüzdəki İslami Nizamın nufuzu və gücü atom bombasına görə deyil, çünki əvvəldən nüvə silahlarının dini qaydalarımıza zidd olduğunu elan etdik və ona ehtiyacımızın olmadığını açıqladıq. Buna görə İran xalqı fədakarlığı, bəsirəti və müqaviməti üçün İslam Dünyasının gözündə dəyərlidir."
(İslamazeri.com)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031