Avropada "Buyurun, mən müsəlmanam" aksiyası keçirildi
İslam Cəmiyyəti Milli Görüş (IGMG) tərəfindən təşkil edilən "Buyurun, mən müsəlmanam" adlı tanışlıq aksiyasının ikincisinə start verilir.
Bu gündən etibarən minlərlə müsəlman bütün Avropada küçələrə çıxıb, vətəndaşlarla yeni tanışlıqlar yaradacaqlar. Aksiyanın hədəfi müsəlmanlara qarşı qərəzlərin, yanlış öngörüşlərin dağıdılmasıdır. İGMG baş katibi Bekir Altaş aksiya ilə bağlı belə bir açıqlama verib: "Aparılan araşdırmalar əcnəbi və İslam düşmənçiliyi faiznin müsəlmanların və əcnəbilərin ən az sayda yaşadığı yerlərdə ən yüksək səviyyədə olduğunu göstərir. İnsanların bir-biri ilə görüşmədikləri, ünsiyyətdə olmadıqları yerlərdə böhtanlar ən sıx şəkildə özünü göstərir". "Buyurun, mən müsəlmanam" aksiyası ilə İGMG keçən il qazandığı müsbət təcrübələri davam etdirməyi hədəfləyir. Keçən il Avropanın beş ölkəsində 100-dən çox nöqtədə mindən artıq müsəlman könüllü aksiyada fəal iştirak etmişdir. 61 mindən artıq görüş baş tutub və insanlarla üz-üzə ünsiyyət yaranıb. İGMG tərəfindən konsepsiyası hazırlanan və təşkil olunan aksiya, Avropa miqyasında 500-dən artıq məscid icması rəsmiləri tərəfindən təşkil olunacaq. Aksiya Almaniyada Berlin, Hamburq, Bremen, Hannover, Dortmund, Düsseldorf, Köln, Frankfurt, Ştuttqart və Nürnberq kimi böyük şəhərlərlə yanaşı, bir çox fərqli şəhərdə də keçiriləcəkdir. Deyerler.org Oxşar xəbərlər
|