İran parlamenti ABŞ qüvvələrini rəsmən terror təşkilatı elan etdi
Mьəllif: admin1
Tarix: 16-04-2019, 21:52
Bцlmə: Xəbərlər
İran parlamenti ABŞ qüvvələrini rəsmən terror təşkilatı elan etdi
İran parlamenti İnqilab Keşikçiləri Ordusunun (SEPAH) terror təşkilatı elan edilməsinə cavab olaraq, ABŞ-ın Yaxın Şərqdə fəaliyyət göstərən bütün hərbi qüvvələrini terrorçu elan edən qanun layihəsini qəbul edib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, SEPAH-ın xarici terror təşkilatları siyahısına salınmasına cavab olaraq atılan addım kimi təqdim olunan layihə, məclisdə 204 lehinə, 2 əleyhinə və 1 bitərəf səslə qəbul edilib.

Parlamentdəki səsvermədən sonra çıxış edən spiker Əli Laricani, belə deyib: “Parlament bu qanunu yekdilliklə qəbul edərək, milli təhlükəsizlik məsələsində ABŞ və düşmənlərə qarşı tək səs olduğunu göstərdi”.

Müdafiə naziri Əmir Xatəmi isə parlamentdəki çıxışında, qanunun yekdilliklə qəbul edilməsinin ABŞ-ın İrana qarşı sanksiya siyasətinin əsassız olduğunu göstərdiyini qeyd eidb

Bəzi parlament üzvləri bütün ABŞ ordusunun terror təşkilatı elan etməyə dəvət edib. Parlament üzvləri layihənin qəbul edilməsindən sonra baş assambleyada “Rədd olsun ABŞ” şüarlarını səsləndiriblər.

Qəbul edilən qanuna görə, ABŞ-ın Yaxın Şərqdə fəaliyyət göstərən bütün hərbi və xüsusi xidmət orqanları ilə xüsusi hüquqi və şəxsiyyətləri terrorçu elan edilib.

Qanun, həmçinin ABŞ qüvvələrinə qarşı hər cür maliyyə, texniki, təhsil, maddi-texniki dəstəyi terrora yardım və vasitəçilik çərçivəsində qəbul edir.

Qanunda, İran hökuməti və silahlı qüvvələri tərəfindən verilən bu qərarı hüquqi, siyasi və diplomatik kanallar üzərindən həyata keçirmək öhdəliyinin olduğu bildirilib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031