Tanınmış azərbaycanlı müctəhid evini satıb pulunu seldən zərər çəkənlərə bağışladı
Mьəllif: admin1
Tarix: 18-04-2019, 12:19
Bцlmə: Xəbərlər
Tanınmış azərbaycanlı müctəhid evini satıb pulunu seldən zərər çəkənlərə bağışladı
İranın Təbriz şəhərindən olan mərceyi təqlid Ayətullah Cəfər Sübhani İranda seldən zərər çəkənlərə yardım edib.

Bu barədə Qum elmi hövzəsinin xidmət mərkəzinin rəhbəri Seyid Həsən Rəbbani məlumat verib.

O bildirib ki, Ayətullah Cəfər Sübhani öz evini sataraq, İranın Xuzistan əyalətində səldən zərər çəkən vətəndaşlara bağışlayıb:

"Ayətullah Cəfər Sübhani mənə dedi ki, qədim evim var idi, onu satmışam. Pulun az miqdarını götürdüm, qalanını seldən zərər çəkən vətəndaşlara verin. Mənim salamımı onlara çatdırın. Əgər vəziyyətim imkan versəydi, özüm onlara kömək etməyə gedərdim".

Qeyd edək ki, əslən azərbaycanlı olan 90 yaşlı Cəfər Sübhani İranın Təbriz şəhərində anadan olub. O, İranın məşhur mərceyi təqlidlərindən biri hesab olunur.
(Eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031