Şeyx Nəim Qasım: “Sionist rejim dünyada terrorizm mənbəyidir”
Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım İsrail rejiminin dünyada terrorizm və vandalizmin mənbəyi olduğunu bildirib.
Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Şeyx Nəim Qasim açıqlamasında bunları qeyd edib: “Sionist rejimin müharibə və cinayətləri qəbuledilməzdir, ancaq müqavimət sionist İsrail rejimi və ABŞ-ın hədələrindən qorxmur və çətinliklər və sanksiyalar qarşısında dik duracaq”. “Hizbullah olmasaydı, bu gün İsrail rejimi Livandan çıxmazdı və İŞİD məğlubiyyətə düçar olmazdı və region ölkələri xilas olmazdı”, - deyən N.Qasım, müqavimət oxunun qələbə və müstəqillik seçimi olduğunu və Hizbullahın bu seçimindən imtina etməyəcəyini vurğulayıb. Livanın iqtisadi və maliyyə problemlərinə toxunan N.Qasım, belə deyib: “Hamı problemlərin həll olunması üçün əməkdaşlıq etməlidir, çünki həmrəylik və birlik olmadan problemlər həll oluna bilməz”. Oxşar xəbərlər
|