Ali Dini Rəhbər sosial şəbəkənin zərərləri və təhlükəsizliyindən danışdı
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei aprelin 28-i hüquq-mühafizə orqanlarının yüksək vəzifəli komandirlərini qəbul edib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər görüşdə Polis Təşkilatının “şəfqətli” və “güclü” olmasının bir-birini tamamlayan iki mühüm xüsusiyyət olduğunu bildirərək, belə danışıb: “İranda baş verən sel bədbəxtliyində hüquq-mühafizə orqanlarının xalqa kömək etmələri ilə yanaşı, seldən zərərçəkən bölgələrin təhlükəsizliyini təmin etməkdə yaxşı addımlar atdı”. Hüquq-mühafizə orqanlarının son illərdə əldə etdiyi uğurları dəyərli bir həqiqət kimi səciyyələndirən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə danışıb: “Təbii ki, bu uğurlar polis təşkilatının İslam nizamının gözlənilən səviyyəyə çatdığı deməkdir. Buna görə də, bu səviyyəyə gəlmək üçün daim səy göstərilməlidir. Bundan başqa, hüquq-mühafizə orqanları haqqında xalq arasında mənfi düşüncəyə səbəb ola biləcək hər hansı bir məsələ həll edilməlidir. İstər vəzifəsini yaxşı yerinə yetirməyən bir polis qüvvəsi olsun, istər başqa bir məsələ”. Ali Dini Rəhbər çıxışının davamında isə bunları qeyd edib: “İstehsalın inkişaf etdirilməsinə mane olan məsələlərdən biri ticarətdir. Günümüzdə qaçaqmalçılıq iki istiqamətli olmuşdur. Bəziləri bir sıra məhsulları qaçaq yollarla idxal edir, bəziləri də xalqın kənd təsərrüfatında ehtiyac duyduğu məhsulları xaricə çıxarır”. Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei “Sosial şəbəkənin təhlükəsizliyi” məsələsinə də diqqəti çəkərək, belə davam edib: “Sosial şəbəkə xalqın gündəlik həyatında geniş yer almışdır. Bunun həm mənfəətləri və imkanları, həm də təhlükələri var. Sosial şəbəkənin etibarsız bir mühit olması xalqın zərərinədir. Polis təşkilatının vəzifəsi sosial şəbəkədə də təhlükəsizliyi təmin etməkdir”. Silah satışının qarşısını almağın hüquq-mühafizə orqanlarının ən mühüm vəzifələrindən biri olduğunu qeyd edən ali Dini Rəhbər, bunları qeyd edib: “Amerika kimi, bəzi ölkələrdə silah istehsal edən firmaların mafiyalarının maraqları olsun deyə, silah satışı azaddır. Bu da xalq üçün bəzi problemlərə yol açır. Ancaq bizim ölkədə silah alveri qadağandır və belə də olmalıdır. Həmədanlı ruhaninin qatili İnstagram səhifəsində özündən 4 fərqli silahla görüntülər paylaşmışdı. Bu kimi məsələlərə qarşı çıxmaq polis təşkilatının vəzifəsidir”. Oxşar xəbərlər
|