İslam Respublikasında məscid yaxınlığında dəhşətli terror
İslamazeri.com -un “dawn”-a istinadən verdiyi xəbərə əsasən, Pakistan İslam Respublikasının Lahor şəhərində partlayış törədilib.
Hücum nəticəsində 8 nəfər həlak olub, daha 25 nəfər isə yaralanıb. Hücumun hədəfi isə Lahor şəhərinin ən çox ziyarət edilən “Data-Darbar” məscidinn yaxınlığında park edilmiş polis avtomobili olub. Pəncab polisinin Baş inspektoru bəyan edib ki, hücumun “asayiş keşikçilərinə qarşı törədildiyi 100%-dir”. İlkin məlumatlara görə, bombanı terrorçu-kamikadze işə salıb. Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. Oxşar xəbərlər
|