ABŞ İran bəhanəsi ilə Yaxın Şərqə qüvvələrini artırır
![]() Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Pentaqondan verilən yazılı açıqlamada belə qeyd olunub: “Müdafiə nazirinin müavini (Patrik Shanahan), ABŞ Mərkəzi Qüvvətlər (CENTCOM) Komandanlığının həftənin əvvəlində tələb etdiyi əlavə hərbi qüvvə tələbatının bir hissəsi kimi, komandanlığın vəzifə bölgəsinə USS Arlington (LPD-24) gəmisi və bir Patriot batareyasının göndərilməsini təsdiq etdi”. Bu qüvvələrin də İranın ABŞ-a aid bəzi hədəflərə hücum etməyi planlaşdırdığı iddiaları üzərində həftənin əvvəlində regiona göndərilən “USS Abraham Linkoln” təyyarə gəmisi döyüş qrupu ilə bombardman xidməti qüvvələrinə qatılacağı bildirilib. Oxşar xəbərlər
|