Zaur Darğallı Marneuli rayonunun meri seçilib - Səslərin faizləri açıqlanıb
Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.
24News.ge xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin meri seçilib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, Müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, Müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb. Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş mer vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib. Oxşar xəbərlər
|