2019-cu il Beynəlxalq Qüds gününün şüarı : ‘Qüdsə doğru’
Qüds Günü ilk dəfə 1982-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bir çox müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri məqsədi ilə Qüds Günü keçirilir.
Maide.Az xəbər verir ki, 2019-cu ilin beynəlxalq Qüds günü Fələstində və bir çox ərəb ölkələrində o cümlədən İraqda, Livanda “نَحو القدس” (Qüdsə doğru) şüarı ilə keçiriləəck. Dünyanın bir çox ölkələrində Qüds günü münasibətilə keçirilən yürüşlərdə bu şüar əsas mehvər seçiləcək. Eləcə də sosial şəbəkələrdə bu şüar Əqsa məscidinin şəkilləri ilə geniş formada yayımlanır. Sosial şəbəkə istifadəçiləri işğalçı rejimə etiraz məqsədilə bu şüarı geniş yayımlayırlar. Ramazan ayının son cüməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da beynəlxalq Qüds Günü kimi qeyd edilir. Bu il Beynəlxaq Qüds günü 31 may tarixinə təsadüf edir. Oxşar xəbərlər
|