İranda imamcümə sui-qəsd nəticəsində həyatını itirdi
İranın Fars əyalətinin Kazerun şəhərində imam-cümə olan höccətül-İslam Muhəmməd Hürsənd məruz qaldığı bıçaqlı hücum nəticəsində həyatını itirib.
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, bu gün (29 may) səhər sübh saatlarında əhya mərasimindən sonra evinə qayıdarkən, bir şəxs tərəfindən bıçaqlanan höccətül-İslam Muhəmməd Hürsənd, ağır vəziyyətdə aparıldığı xəstəxanada həyatını itirib. “Hadisə yerindən qaçan təcavüzkar, şəhərdəki bir parkda saxlanılaraq, həbs edilib”, - deyə Fars İstintaq İdarəsinin ictimai işlər üzrə müdiri polkovnik Kavus Mohammadi bildirib. Qeyd edək ki, keçən ay da Həmədan əyalətində bir din xadimi odlu silah hücumuna məruz qalmışdı. Cinayətkar təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurma zamanı öldürülmüşdü. Oxşar xəbərlər
|